Baş səhifə

DAHA DOLĞUN SAYTIMIZ ÇOXDAN YAYINDA


   


 




ASİF ATA  İRSİ

 

Türkçülükmillətçilik, Azərbaycançılıqyurdçuluq, DövlətçilikÖzümlük mövzularında izharlar, müsahibələr, məqamlar

 

Asif Ata Vətəni

 

«Asif Ata. Uluyurd aqibəti

Bütöv Azərbaycan. Bakı. 2007»

Kitabına Önsöz.

 

Ürəyinizdə  Günəş olsun!..

Peyğəmbərimiz Asif Atanın millətçilik, yurdçuluq, dövlətçilik mövzularındakı müsahibə və içsəslərini təqdim edirik. Ayrı-ayrı vaxtlarda ayrı-ayrı şəxslər tərəfindən götürülmüş bu müsahibələrin, ayrı-ayrı olaylarla bağlı yazılmış və ya söylənilmiş Ata içsəslərinin başlıca diləyi: yeni dünyabaxışıMütləqə İnam Əsasında Müstəqil, Bənzərsiz, Qüdrətli Azərbaycan Vətəni yaratmaq!

Asif Atayalnız İnsana, bütünlüklə İnsaniliyə əsaslanan ilk Peyğəmbər, İnsaniliyin ilk Peyğəmbəri, Ləyaqətli Bəşəriyyət carçısı! Buna görə də İnam Ata!.. Asif Ata VətəniMüstəqil, Qüdrətli, Bənzərsiz! Türkçülük Yurdu, Şərqçilik Yurdu!

Asif Ata İçsəsində Vətən ideyası fəlsəfədən də, hər cür sosial-siyasi doktrinadanyöndən də yüksəyə qalxırİnama çatır, Səc­dəgaha çevrilirözünün İnsanlarıyla, Dağlarıyla, Çaylarıyla, Göy­ləriylə, Torpağıyla

Asif Ata Vətəni ilk növbədə Asif Ata milləti deməkdir. Asif Ata millətitürkdür. Asif Atanın ÖzüXantürkçüdür (Avropa dilin­də buna «pantürkist» deyirlər).

Asif Ata Milləti ilk növbədə onun İnamı deməkdir; İdrakı, Mənəviyyatı, İradəsi deməkdir. Bu baxımdan, Asif Ata Milləti başqa millətlərdən əsaslı surətdə fərqlənir. Bu fərqə və ya fərqli xüsu­siyyətlər birliyinə Avropa dilində «mentalitet» deyirlər. Asif Ata buna özümlük deyirdi. Asif Atanın fikrincə, Azərbaycan özümlüyü ümumtürk özümlüyünün canı, ən dolğun ifadəsidir. «Zərdüştdən başlamış Saza qədər nəyimiz varsa, hamısı türk mahiyyətlidir». (Bu nəşr, səh.46); «Türk ruhaniyyatının canı azərbaycançılıqdır». (Bu nəşr, səh.20). Bu, aşağıdakı sifətlər ardıcıllığında özünü göstərir: Şumerçiliklə bağlı olan, qohum olan Zərdüştçülük, ümumən pey­ğəm­bərliyin başlanğıcı, od işıqçılığı, insanın özündəki nöqsanlaraqaranlığa qarşı döyüşməsi sayəsində daxildən işıqlanması; Babək­çilikXürrəmdinlik, yəni fərəh dinçiliyi; Qəhrəmanlıqla Peyğəm­bərliyin qovuşması; Dədə QorqudçuluqAğsaqqallıqinsan yaşa dolduqca müdrikləşir, onun fərəhi artır, o, işığa çevrilir, onun imtinası artır, təbii axara düşür, o, peyğəmbər məqamına yaxınlaşır, tanrılaşır; HürufiçilikƏnəlhəqlik, yəni insanın tam nöqsansızlığa çatması və bunun ilahi fərəhini duyması, duydurması (ən yüksək zirvəsini F.Nəimi fəlsəfəsində, İ.Nəsimi poeziyasında tapan); FüzulilikAşiqlik, yəni Dünyaya, Həyata, İnsana vurğunluq, vəcdli, ehtizazlı, aşiqanə münasibət; sevginin, sevgilinin ilahiləş­dirilməsi; bütə, səcdəgaha çevrilməsi; Muğamlıq Ata buna ikinci ad kimi Loğ­manlıq deyir: MuğamlığımızLoğmanlığımız, yəni insanın pillə-pillə qalxması, Yer qüsurlarından (Zərdüştçülükdə deyilən qaran­lıqdan)  arınaraq işıqlanması,  o qədər nöqsansızlaşmaq, o qədər id­rak­lanmaq ki, Tanrıya qovuşmaqilahiləşmək; türkün tam ortaqsız tanınma tamğası olan Saz musiqisi. Ata bunu SazlığımızTan­rıçılığımız adlandırır, o anlamda ki, qədimdə türklər Göyün, Səmanın özünə Tanrı deyirdilər, Göydə «olan» mifik, insanabənzər qüvvəyə yox. Və Yerə-Göyə sığmayan saz musiqisi insanı məhz Göy Tanrıya yüksəldirözünün möhtəşəm zərifliyi ilə. Asif Atanın sözüdür: «Türk ata minəndə Koroğlu olur, atdan düşəndə Füzuli». Bunun ən yaxşı ifadəçisiizharçısı isə Saz musiqisidir.

Asif Ata İnamına görə, Zərdüşt İşıqçılığı özümlüyümüzün (mentalitetimizin) bütün sonrakı pillə-vəsiləsindən birləşdirici bir  xətt kimi keçir.

Və Azərbaycan özümlüyünün ən yüksək zirvəsibütün qə­dimi ləyaqət və sifətlərimizin məğzini, duzunu özündə birləşdirib əks etdirən, artırıb zirvələşdirənAsif Atanın Mütləqə İnam Ocağı, İnamı və Fəlsəfəsidir. Ocaqda onların hamısı birləşir, Asif Ata dühasıyla zənginləşir, İnam Peyğəmbərliyinə qovuşur. Beləliklə, keçmiş Ruhani dəyərlərimiz unudulmaq fəlakətindən qurtulur, onların arasındakı doğma əlaqə telləri bərpa olunur və gələcək Ruhaniyyatımız üçün, daha doğrusu, Ruhaniyyatımızın yeni yaşamı üçün zəmin yaranır.

Bu zəmin üzərində Türk Ruhaniyyat Ocağının Bəşəriyyətə Öyrətmənlik mərhələsi qurulmağa başlayır

Asif Ata Peyğəmbərliyə «AzərbaycanımızAzərbaycan­lığı­mız» adlandırdığı həmin məşhur Yeddi İçsəslə başlamışdır. «Azər­baycanımızAzərbaycanlığımız» – Ocaq zirvəsilə birlikdəYeddi İçsəsin məğzidir. Atamız 20 ilə yaxın bir müddətdə Quzey Azər­baycanda bu Məğzi car çəkdi; şəhər-şəhər, kənd-kənd, ev-ev dolaşdı. «Ey xalqım, sənin Özümlüyün budurdedi. «Belə bir özülü, Özümlüyü olan xalq öz Peyğəmbərini verməliydi, verdidedi. «İdrakının gözlərini özgə qapılarından yığdedi. «Böyüklüyü özgə­lərdə axtarsan, tapmayacaqsandedi. «Kimə qoşulmuşuqitir­mişikdedi. «İndi öz köklərinə baxacaqsan» dedi, «Öz 7 möh­təşəm kökünə və onların üzərində boy vermiş Ocaq Göyünə baxacaqsandedi. «Ondabizə qoşulacaqlar, sənə qoşulacaqlar! Sən də dünyaya Ruhani Öyrətmənlik edəcəksəndedi.

«AzərbaycanŞərqin mahiyyətini ən dolğun şəkildə ifadə eləyən ölkədir. Azərbaycan Şərqin başı olmalıdır! İnsanRuhani varlıqdır! Şərqruhaniyyat beşiyidir! DünyaŞərqləşməlidir!» – dedi Asif Atailahiliyi şəriksiz olaraq, yalnız insanda görən ilk ümumbəşər (ümuminsan) Peyğəmbəri

İndi həmin işi Onun Ocağı davam etdirir.

Asif Ataİnam Yaradıcısı, Peyğəmbər olmaqla yanaşı, həm də dahi filosof idi, həm də möhtəşəm idrak yiyəsi idiöyrənmək eşqi yeddi yaşından başlayaraq ömrünün son gününə qədər Onun qanadı olmuşdur; O nə dediyini yaxşı bilirdi

Asif Atanın fikrincə, «müasir» deyilən Azərbaycan xalqı öz əzəli mahiyyətindən (bu kitabda ifadə olunan) ölçüyəgəlməz dərə­­də uzaq düşmüşdür; dağınıqdır, çaşqındır, aşağı və bayağı səviy­yədədir; Özümlüyünü itirdiyinə görə özgəçiliyə meyillidir. Azər­baycan xalqı haqqındakı bugünkü siyasi, rəsmi, eləcə də filoloji tərifləmələrməkrdir, qəsddirxalqın özümsüz vəziyyətdə qal­masına xidmət edən, yarayan məkr və qəsd.

Bu Kitabın məqsədlərindən biriGüney Azərbaycanda Ulu­yurd Hərəkatı yaradılmasına idraki yön verməkdir. Asif Ata Uluyurd Hərəkatını bu cür səciyyələndirirdi: 1. Dinin İnamla əvəz olunması. Nə qədər ki, İslam ideologiyası, «İslam birliyi» varAzərbaycan müstəqilliyi baş tutan sövda deyil. Azərbaycanın müstəqilliyi İnam məfkurəsi ətrafında yarana bilər; 2. Səttarxanların səhvini təkrar etməmək: – Ümumiran hərəkatı fikrindən əl çəkmək, xalqda müs­təqil VətənUlu Yurd, Ata Yurd obrazı yaratmaqİrandan ayırmaq bu obrazı!  3. Farsçılıq şərini rədd etmək, dəf et­­mək; fars şoviniz­mini ifşa etmək, onu fars xalqındanŞərqi mahiyyətlə   bizə  yaxın  olan  bu  xalqdan ayrı  tanımaq,  tanıtmaq;  4. Xal­qı qərbçilikdən imti­naya çağırmaq, yetirmək.

Bu ideyanın dərvişləridəliləri yetişməlidir. Onlar türk xalqını fərd-fərd bu Yola hazırlaşmalıdırlar. Onlara bu məzmunu çat­dır­malıdırlar: Bizim Peyğəmbərimiz Asif Atadır; bizim Allahımızİnsan Müqəddəsliyidir; bizim inancımızMütləqə İnamdır; bizim Müqəddəs KitabımızAsif Atanın Yazdıqlarıdır; bizim Müqəddəs Şəhərimiz (Kəbəmiz, Qibləmiz) – Bakı şəhəridir, çünki Asif Ata Öz Peyğəmbərliyini burada etmişdir, Onun Ocağı bu şəhərdə yaran­mışdır! Asif Atada (elə bu kitabın özündə də) həmin fikirlərin istənilən qədər təsdiqi vardır: «Mütləqə İnamı türkçülüyün mahiyyəti sayırıq» (səh. 17); «OcaqTürkçülüyün inamıdır» (səh. 17); «Ocağı biz Türk İnamı hesab edirik, Atanı da Türk Peyğəmbəri» (səh. 18) və s. və b.k.

Bu Müqəddəs İşi yerinə yetirməkdə Asif Atanın Bakıda şölələnən Mütləqə İnam Ocağı onlara kömək edə, yol göstərə bilər.

«Nə qədər ki, avropalaşma şüarı qalır, türkçülükdən dərin mənada danışmaq əbəsdir. Çünki qərbçiliklə türkçülük daban-dabana ziddir». (Bu nəşr, səh.44).

Avropaçılıq adlı gələcək yoxdur, tərəqqi yoxdur.

Özgəçilik adlı gerilik var, ölüm var.

Biz Türk Dünyasını yalnız türkdilli təsəvvür edirik. Biz «Latın Amerikası» deyimindən iyrənirik. Biz öz dünyamızı ingilisdilli, rusdilli, ərəbdilli, farsdilli, çindillitəsəvvür etmirik, etmək də istə­mirik! Biz hər cür yadçılıqdan, özgəçilikdən iyrənirik. Bizdoğmaçılarıq, əsilçilərik.

Asif Ata hələ 18.01.1987-ci ildə «Bilən üçün» adlı tezislərinin 23-cü bəndində demişdi: «…Avropa öz üstünlüyünü» gələcəkdə əldən verəcək və həmin üstünlük əskiklik görünəcək. Atamız bundan 9–10 il sonra (6.III.1996-da) müsahibələrinin birində həmin fikri inkişaf etdirib deyirdi: «Qərböz dairəsini aşıb dünyalaşmasıyla özünə çox böyük ziyan verdiQərbi bundan sonra balaca-balaca lokal məğlubiyyətlər gözləyir. O lokal, balaca məğlubiyyətlər böyü­yüb böyük bir məğlubiyyətə çevriləcək». (Bu nəşr, səh.267).

Peyğəmbərimizin xəbərdarlığını eşidin. Yadlara uymayın!

Özünüzə, Özümlüyünüzə qayıdın!

Asif Ata deyir: «Gələcəkmillətçiliyindir», yəni əsilliyindir; «Millətçilikəbədi ideyadır», yəni əsillik əbədi dəyərdir.

Asif Ata Azərbaycanın bütün mühüm siyasi problemlərinin həllini Güney Azərbaycanla bağlayır; bunu Vahid, Qüdrətli, Müstəqil Azərbaycan yaranmasının açarı sayırdı. Peyğəmbərimiz Özünün bu qənaətini belə əsaslandırır: Dünya siyasətlə nəfəs alır, siyasət isə Ruhaniyyata deyil, zora tapınır, vara tapınır. Güney Azərbaycan Quzeylə birləşdikdən sonra 30–35 milyonluq bir ölkə olacağıq. Belə bir Dövlətlə dünya hesablaşmaya bilməz.

Peyğəmbərimiz bu Birləşmənin çətin olacağını, bunun üçün uzun müddət çalışmaq lazım gələcəyini daim nəzərə çatdırır, ancaq əsl azadlığın bunsuz mümkün olmayacağını vurğulayırdı. Uluyurd Hərəkatı fikrini məhz buna görə irəli sürmüşdü.

Bir neçə kəlmə də bu Kitabın quruluş prinsipi haqqında:

1.    Türkçülükbizim mahiyyətimizdirzamandan, məkandan asılı olmayaraq. Ona görə də Kitab «Türkçülüyümüz» bölməsiylə başlanır.

2.    Türkçülükdən ayrılmaz Azərbaycançılıqbölgə olaraq, ölkə olaraq, müstəqil Dövlət olaraq bizim əsasımız, varlığımız, ün­vanımızdır. Ona görə də «Azərbaycançılığımız» Kitabın ən bö­yük, əsas bölməsidir.

3.    DövlətçiliyimizTürkçülük və Azərbaycançılıq üzərində Özümlüyümüzün, öz Müstəqil İradəmizin təsdiqidir, Varlığımızın təsdiqidir; Türkçülüyümüzü və Azərbaycan­çılığımızı yaşatmaq, qorumaq, dünyada təmsil etmək əzmimizdir. DövlətçiliyimizTürkçülük, Azərbaycançılıq bağına bağbanlığımızdır.

Dövlətçiliksizməna və mahiyyət yaşamaz, gec-tez itib-gedər.

Asif Ata içsəslərini (Ata ilə müsahibələr də, bir-iki sözdən ibarət müxbir sualını çıxmaqlatamamilə Ata içsəsləridir) heç kəs redaktə eləməmiş, üzərində işləməmişdirzərrə qədər də! Ata və Onun mətbuatla əlaqəsini təmin edən Evladlar buna heç vaxt yol verməmişlər.

Asif AtaPeyğəmbərdir. Peyğəmbərsə öz dinləyicisini, oxucusunu əyləndirmir, onun maraqcıllığını qidalandırmağa xidmət etmir; onu böyüdür, artırır, Özünün Peyğəmbərlik ideyasını ona mənimsədir, öz xəttini yeridir. Asif Ata özəllikcə! Mütləqə İnam əsasında adamdan İnsan yaradır; adamı İnsanlaşdırmaqAsif Ata Peyğəmbərliyinin şah damarıdır. Asif Ata Peyğəmbərliyi deyir ki, bəşərin var olması, gələcəyi bundan asılıdır. Adam İnsanlaşarsa, Alla­ha yox, Mütləqə inanar; ömrünün məqsədini Kamilləşməkdə görər; Ruhani Birliyə can atar; Müstəqil Vətəndə yaşayar; müqəd­dəsliyə, ruhaniliyə üz tutarŞərqin əzəli mahiyyətinə, özüm­lüyünə; və bəşərin ləyaqətləşməsinə xidmət edər: həm də İnsanlaşdırar!..

Ona görə də oxucular Kitabdakı bir sıra içsəs və müsa­hibələrdə təkrarlanan məqamları və ya məqam təkrarlanmalarını düzgün anlasınlar.

Kitabda getmiş içsəslərin düzülüş ardıcıllığı və adını çək­diyimiz üç bölmədə yerləşdirilməsi şərtidir; hər bölmədə o birilərinin də mətləblərinə toxunulur.

Əsasən, Güney Azərbaycanın türk millətçilərinəUluyurd Hərəkatçılarına Ulu Yol göstərmək məqsədilə tərtiblənmiş bu Kitab Peyğəmbərimizin həmin mövzulardakı içsəslərinin hamısını əhatə etmir. Ancaq duzburadadır.

Bu nəşr Asif Atanın 45 Müqəddəs Kitabından biri (2-cisi) olan «MütləqləşməkVar olmaq» Kitabındakı «Dövlət» Əsərinin son fəsliRuhani Dövlət. İdeal») ilə bitir. Çünki Peyğəmbərimizin bu yöndəki harayları Ruhani Dövlətimizin qurulması ilə sonuc­lan­malıdır.

Əziz Güneyli oxucuoğlum və ya qızım! Bizim burada dediklərimiz sənə «nağıl», «əfsanə», «başa gəlməz iş» kimi görün­məsin; öz inamsızlığına inanma, bizim İnamımıza inan! Hesabını ondan götür ki, 1979-cu ilə qədər Azərbaycanda nə «Asif Ata» adında bir kəs var idi, nə Azərbaycantürk Peyğəmbəri vardı, nə də Onun Ocağı. Bunların hamısı yalnız bir nəfərinƏfəndiyev Asif Qasım oğlu adlı cavan bir aydının başında, qəlbində idi. Bu gün isə Asif Ata fəlsəfəsi, Asif Ata Peyğəmbərliyi, Asif Atanın Mütləqə İnam Ocağı Azərbaycanda hamının tanıdığı, etiraf etdiyi gerçəklikdir. Gün gələcək, sənin Ulu Yurd, Ata Yurd Hərəkatın da gerçəkləşəcək. Buna inan!

İstəkli yurddaşım! Ondan başla ki, yazışmalarını Asif Ata Ocağının tarixi və təqvimiylə apar. Bu tarix miladi 1979-cu il martın 1-dən başlanır, yəni 1.III.1979 Ata  – Ocaq Tarixinin 1.I.1-ci ilinə uyğundur. (Təqvim Kitabın sonunda verilir).

Siz elə bugündən yazışmalarınızı öz Türk Ruhaniyyatınızın tarixiylə aparsanız, anlaşılmazlıqda qalmazsınız, anlaşılarsınız, çünki bu tarix və təqvim uzun müddətdir Asif Atanın Əsərlərində, mətbuat çıxışlarında, İnam Ocağı Evladlarının yazışmalarında əsas zaman ölçüsü kimi işlənməkdədir və bu canlı gedişin arxasında Asif Atanın Ruhaniyyat Ocağı kimi böyük gələcəkli əlbir  qüvvə dayanır.

İnanırıq ki, Azərbaycanda hamı qorxaq deyil, hamı yoxsul, hamı savadsız, hamı qeyrətsiz, özünəinamsız deyil; inanırıq ki, Azərbaycanın qorxmaz, inamlı, zəngin və zəki Evladları var. Onların birində bu sifətlər Mütləq olsasonrası asandırMütləq Bir sonrakı milyonların başlanğıcıdır. Ələlxüsus, «İnsanlaşınİnsanlaşdırıncarı çəkilən yerdə.

Yeri gəlmişkən qeyd eləyim ki, bizim burada Asif Atanın Adı ilə yanaşı işlətdiyimiz «Peyğəmbər», «Ata» sözləri ilk növbədə Azərbaycan xalqına, sonra isə bütövlükdə türk irqinə, Türk Dünya­sına aiddiryəni Asif Ata (gələcək üçün «İnam Ata» Adıyla) həmin ünvanların Peyğəmbəri, Ruhani Atasıdır.

 

Atamız var olsun!

Atamızın əlini öpürəm!

 

 

SAFRUH

 

21-ci ilin Şölə-Od ayları.

Atakənd.

(İyun-iyul 1999. Bakı).

Reklam
 
DÖVLƏTÇİLİYİMİZ
 


AZƏRBAYCAN MÜSTƏQİLLİYİ:

• RESPUBLİKALAR BİRLİYİ DAİRƏSİNDƏN ÇIXMAQ DEMƏKDİR.

• RUSİYA DAİRƏSİNDƏN ÇIXMAQ DEMƏKDİR.

• QƏRB DAİRƏSİNDƏN ÇIXMAQ DEMƏKDİR.

• İSLAM DAİRƏSİNDƏN ÇIXMAQ DEMƏKDİR .

• CƏNUBİ AZƏRBAYCANLA BİRLƏŞMƏK DEMƏKDİR.

GÜNAHKAR XALQ
 


AZƏRBAYCAN XALQI GÜNAHKARDIR!

1. MÜSTƏQİL DÖVLƏT YARATMADIĞI ÜÇÜN.

2. YAD QOLTUĞUNDA ƏSRLƏRLƏ YAŞADIĞI ÜÇÜN.

3. YADPƏRƏST ZİYALISI ÜÇÜN.

4. YALANÇI DİRÇƏLİŞİ ÜÇÜN.

5. SAXTA SEVİNCİ ÜÇÜN.

6. VƏHDƏTSİZLİYİ ÜÇÜN.

7. ƏSARƏTƏ ALIŞDIĞI ÜÇÜN.

8. ÖZÜNƏ YAĞI DOĞDUĞU ÜÇÜN.

9. KİÇİK BÖYÜKLƏRİ ÜÇÜN.

10. ALDANDIĞI ÜÇÜN.

11. PARALANDIĞI ÜÇÜN.

AZƏRBAYCAN XALQI GÜNAHKARDIR!

O, GÜNAHINI AMAL SUYUYLA YUMALIDIR!

14-cü MÜQƏDDƏS KİTABDAN

(«RUHANİ HÖKMLƏRr»).

7 ŞÖLƏ AYI, 8-ci İL.

(İYUN, 1986).



 


آذربایجان موستقیللیگی:

رئسپوبلیکالار بیرلیگی دایرهسیندن چیخماق دئمکدیر.

روسیا دایرهسیندن چیخماق دئمکدیر.

قرب دایرهسیندن چیخماق دئمکدیر.

ایسلام دایرهسیندن چیخماق دئمکدیر .

جنوبی آذربایجانلا بیرلشمک دئمکدیر.

 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=